SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın Omsk vilayətinin eyniadlı şəhərinin Berezovski küçəsində yerləşən “Triumf” ticarət mərkəzinin anbarında yanğın baş verib.

BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Omsk vilatyətinin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilir ki, 1350 kvadratmetr ərazini əhatə edən yanğın artıq lokallaşdırılıb.

Agentliyin yaydığı videodan görünür ki, xilasedicilər yanğının mənbəyinə çatmaq üçün divarları sökməli olublar. Şiddətli tüstü yanğınsöndürənlərin işini bir qədər də çətinləşdirib.

Ticarət mərkəzinin anbarı binanın 1-ci mərtəbəsində yerləşir.

Qeyd edək ki, hadisə yerinə 120-yə yaxın yanğınsöndürən cəlb olunub.

BAKU.WS
VİDEO