SİZİN REKLAM BURADA!
055 213 76 73


Fransada məhbusların sayı 73 min nəfərə yaxınlaşıb ki, bu da rekord hesab edilir.

BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) məlumat yayıb.

Agentliyin məlumatına görə, hazırda bu rəqəm 72,8 min nəfər təşkil edir. İl ərzində məhbusların sayı təxminən 3 min nəfər artıb.

Eyni zamanda, yer çatışmazlığı səbəbindən təxminən 2,2 min nəfər döşəmədə yatmağa məcbur olur. Məhkumlar arasında qadınlar təxminən 3,5%, yetkinlik yaşına çatmayanlar 0,8% təşkil edir.

Qeyd edək ki, bundan əvvəlki rekord 2020-ci ilin mart ayında penitensiar müəssisələrdə təqribən 72,5 min nəfərin olduğu vaxt qeydə alınıb.

BAKU.WS