SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistanın Respublika Partiyasının sədr müavini Armen Aşotyan vəzifə səlahiyyətlərindən sui-istifadədə və çirkli pulların yuyulmasında ittiham olunur.

BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə vəkil Tiqran Atanesyan jurnalistlərə məlumat verib.

“Aşotyan Cinayət Məcəlləsinin gözlənilməz maddələri - ağır nəticələrə gətirib çıxaran vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulması ilə ittiham edilib”, - Atanesyan bildirib.

Onun sözlərinə görə, cinayət işi tibb universitetinin daşınmaz əmlak alması ilə bağlıdır.

BAKU.WS