SİZİN REKLAM BURADA!
055 213 76 73


Son 20 ildə Türkiyə vətəndaşları Ermənistanda 72 daşınmaz əmlak alıblar.

BAKU.WS "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu parlamentdə jurnalistlərə Əmlakın Kadastrı üzrə Dövlət Komitəsinin rəhbəri Suren Tovmasyan bildirib:

"Səhv etmirəmsə, 2002-ci ildən Türkiyə vətəndaşları tərəfindən daşınmaz əmlak alqı-satqısı ilə bağlı 72 əməliyyatımız olub. Onların əksəriyyəti mənzillər, digər hissəsi isə kiçik ictimai obyektlərdir".

Tovmasyanın sözlərinə görə, Ermənistan qanunvericiliyi istənilən ölkənin vətəndaşlarına respublikada kənd təsərrüfatı dəyəri olmayan daşınmaz əmlak almağa icazə verir.

Dövlət Komitəsinin rəhbəri əlavə edib ki, Ermənistanda daşınmaz əmlak alanlar arasında Azərbaycan vətəndaşları da var. Onların sayı 5-6 nəfər təşkil edir.

Azərbaycanlıların Ermənistanda obyektləri necə alması ilə bağlı suala cavab olaraq rəsmi bildirilib ki, bu şəxslər səyahət sənədi alıblar. Səyahət sənədi isə xarici vətəndaşlara ev sahibi ölkənin ərazisində daşınmaz əmlak almaq imkanı verir.

BAKU.WS