SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın Ukraynanı raket atəşinə tutması nəticəsində bir sıra şəhər və vilayətlərdə elektrik enerjisi kəsilib.

BAKU.WS xəbər verir ki, Jitomırın tamamilə, Lvov, Rivne və digər şəhərlərin qismən elektrik enerjisiz qaldığı bildirilib. Ara sıra bir çox ərazilərdə güclü partlayış səsləri eşidilir.

Həmçinin bildirilib ki, Kiyevdə daha bir çoxmərtəbəli yaşayış binasına raket düşüb.

***18:05

Ukraynanın paytaxtı Kiyev yenidən raket atəşinə tutulub.

BAKU.WS-in məlumatına görə, bu haqda Kiyev meri Vitali Kliçko məlumat verib.

Onun sözlərinə görə, paytaxta 6 raket atılıb. Bunlardan 4-ü zərərsizləşdirilib, 2-si isə yaşayış binasına düşüb. 

Bildirilib ki, ölən və yaralananlar barədə hələlik məlumat yoxdur. Hadisə yerinə tibbi personal və xilas edicilər cəlb olunub.

BAKU.WS
VİDEO