SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün Türkiyənin İstanbul şəhərindəki İstiqlal küçəsində bombalı hücumu həyata keçirən şəxsin Suriya əsilli Ahlam Albashır olduğu açıqlanıb.

BAKU.WS xəbər verir ki, hadisə ilə bağlı İstanbul Polis İdarəsi məlumat yayıb.

"Hadisəni törədən Suriya əsilli Ahlam Albashır sağ-salamat ələ keçirilib. O, sorğu-sualında PKK/PYD/YPG terror təşkilatı tərəfindən xüsusi kəşfiyyatçı kimi yetişdirildiyini açıqlayıb", - deyə bildirilib.

BAKU.WS