SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Zonquldağ əyalətinin Kilimli rayonunda mədəndə partlayış baş verib. 

BAKU.WS Haber Global-a istinadən xəbər verir ki, partlayış zamanı 4 işçi yaralanıb. Onlardan ikisinin səhhətinin ağır olduğu bildirilir. 

Məlumata görə, dərhal əraziyə Türkiyə Daşkömür Qurumunun (TTK) xilasetmə qrupu ilə yanaşı, polis və tibbi yardım komandaları da cəlb olunub. 

Partlayışın hansı səbəblərdən baş verməsi isə hələlik məlum deyil. 

BAKU.WS
QALEREYA