SİZİN REKLAM BURADA!
055 213 76 73


Hindistanın qərbindəki Qucarat ştatında kanatlı körpünün uçması nəticəsində ölənlərin sayı 60 nəfəri keçib.

Bu barədə NDTV kanalı mənzil tikintisi və kənd rayonlarının inkişafı naziri Briceş Merca istinadən məlumat verib.

“Ən azı 60 nəfər ölüb. 17 nəfər xəstəxanadadır”, - nazir bildirib.

Faciə yerində xilasetmə əməliyyatı davam edir. Rəhbərlik qurbanların sayının artmaqda davam edəcəyini istisna etmir.

***20:20

Hindistanın Qucarat ştatında kanatlı körpünün uçması nəticəsində azı 40 nəfər ölüb.

Məlumata görə, Maççxu çayı üzərindəki Morbi körpüsünün üzərində 500-ə yaxın insan olub və hadisə də bu zaman baş verib. Körpü dağılıb və 100-dən çox insan su altında qalıb.

Xilasedicilər hazırda hadisə yerindədir. Yerli sakinlərin də qoşulduğu xilasetmə əməliyyatına Baş nazir Narendra Modi rəhbərlik edir.

Qeyd edək ki, 140 il əvvəl tikilən körpü yenidən qurulub və cəmi dörd gün əvvəl ziyarətçilərin üzünə açılıb.

BAKU.WS
VİDEO