SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın Sankt-Peterburq şəhərinda Kolpinski rayonunda tikinti materialları anbarında şiddətli yanğın baş verib.

BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Sankt-Peterburqda Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğının sahəsi ilkin olaraq 1000 kvadratmetr olsa da, sonradan 12 min kvadratmetrə qədər böyüyüb. Zərərçəkənlər haqqında məlumat yoxdur.

Bundan başqa, yanğının söndürülməsində 123 nəfər və 27 texnika, o cümlədən yanğınsöndürən qatar iştirak edir.

BAKU.WS
VİDEO