SİZİN REKLAM BURADA!
055 213 76 73


Moskvanın Tverskoy Rayon Məhkəməsi paytaxt sakini Anton Usovu Ukrayna musiqisini dinlədiyinə görə 15 sutka həbs və 50 min rubl məbləğində cərimələyib.

BAKU.WS xəbər verir ki, "RBC"ya məhkəmədən bildirilib.

Usov məhkəmədə polis əməkdaşına tabe olmamaqda və Rusiya Silahlı Qüvvələrini nüfuzdan salmaqda təqsirli bilinib.

Usovun həyat yoldaşının insan hüquqları layihəsinə verdiyi məlumata görə, o, oktyabrın 12-də günortadan sonra yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Həyat yoldaşının bildirdiyinə görə, buna səbəb Usovun avtomobildə olarkən Ukrayna musiqisinə qulaq asması olub.

Məhkəmə Usovun Ukrayna musiqisinə qulaq asdığına görə saxlanıldığını təsdiqləyib.

BAKU.WS