SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığında söhbətin əsas mövzusu Ukraynaya hava hücumundan müdafiə sistemlərinin tədarükü olub.

BAKU.WS “report”a istinadən xəbər verir ki, Zelenski bu barədə teleqram kanalında yazıb.

"ABŞ Prezidenti Cozef Baydenlə məhsuldar danışıq apardım. Əsas müzakirə mövzusu hava hücumundan müdafiə idi. İndi bu, müdafiə sahəsində əməkdaşlığımızda bir nömrəli prioritetdir", - Ukrayna dövlətinin başçısı yazıb.

Zelenski həmçinin qeyd edib ki, ABŞ-ın G7-nin sərt mövqeyi və BMT Baş Assambleyasında Rusiyanın Ukraynanın dörd bölgəsini ilhaqını pisləyən qətnamənin dəstəklənməsi məsələsində liderliyi Ukrayna üçün çox önəmlidir.

BAKU.WS