SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ prezidenti Cozef Baydenin xanımı Cill Bayden Ukraynaya gizli səfər edib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, Zakarpatye Regional Şurası məlumatı təsdiqləyib.

Yerli mətbuatın məlumatına görə, ABŞ-ın birinci xanımı Cil Bayden Ujqorodda Ukraynanın birinci xanımı Yelena Zelenski ilə görüşüb.

“Cill Bayden və Yelena Zelenski Ujqorodda Ukraynanın hərbi əməliyyatların davam etdiyi ərazilərdən məcburi köçkün düşən insanların məskunlaşdıqları məktəbə baş çəkiblər.

"Məlum səbəblərdən Ujqorod səfəri elan olunmayıb, mümkün qədər məxfi saxlanılıb və media üçün qapalı olub. Görüşdə yalnız Ağ Evin mətbuat xidməti iştirak edib.

Hazırda Cill Bayden Ukrayna ərazisini tərk edib”, - Zakarpatye Regional Şurasının bəyanatında deyilir.

BAKU.WS