SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı açıqlanıb.

BAKU.WS-in məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Döyüşlər nəticəsində son sutkada Rusiyanın 170, ümumilikdə isə 54 650 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 2 212 tank, 4 720 zirehli döyüş maşını, 1 313 artilleriya sistemi, 312 reaktiv yaylım atəşi sistemi, 168 hava hücumundan müdafiə sistemi, 251 təyyarə, 217 helikopter, 920 PUA, 238 qanadlı raket, 15 gəmi, 3 581 avtomobil texnikası və avtosistern, 125 xüsusi texnikadan ibarətdir.

BAKU.WS