SİZİN REKLAM BURADA!
055 213 76 73


"Manchester United"in keçmiş ulduz futbolçusu Devid Bekhem kraliça II Elizabetlə vida mərasimində qatılıb. 

BAKU.WS xəbər verir ki, idmançı kraliçanı görmək üçün Vestminster sarayı qarşısında kilometrlərlə uzanan növbədə 12 saat gözləyib. 

Bekhem növbədə bu qədər gözləyəcəyini təsəvvür edə bilmədiyini açıqlayıb. 

İzdiahamda ulduz futbolçunu görən pərəstişkarları onunla selfi çəkdiriblər. Devid həmin fanatları üçün şirniyyat sifariş edib.

Xatırladaq ki, 96 yaşlı II Elizabet sentyabrın 8-də dünyasını dəyişib. O, iki gün sonra dəfn olunacaq.

BAKU.WS
VİDEO