ABŞ-da Konqres binası yaxınlığında havaya atəş açan şəxs intihar etdi

14
avq
2022
19:44
Vaşinqtonda ABŞ Konqresinin binası yaxınlığında naməlum şəxs havaya bir neçə dəfə atəş açdıqdan sonra intihar edib.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, hadisə nəticəsində heç kim xəsarət almayıb.
Hazırda müstəntiqlər insidentin motivini müəyyən etmək üçün sürücünün keçmişini araşdırır.
Qeyd olunur ki, həm Nümayəndələr Palatası, həm də Senat məzuniyyətdədir və Kapitoli binasında çox az işçi var.
Oxşar xəbərlər
Dünyanı qarışdıran 82 yaşlı Nensi Pelosinin siyasi oyunları
Dünya ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərindən danışır. BAKU.WS Report-a istinadla xəbər verir ki, regionda səfəröncəsi...