Kopenhagendə ticarət mərkəzində atışma: Ölənlər var - FOTO

Danimarkanın paytaxtı Kopenhagendə atışma baş verib.
BAKU.WS “ABC News”a istinadən xəbər verir ki, insident şəhərin böyük ticarət mərkəzilərindən olan “Fields”də yaşanıb. Hadisə zamanı 3 nəfər ölüb, daha 3 nəfərin vəziyyəti isə ağırdır.
Kopenhagen polisinin əməliyyat bölməsinin rəhbəri, Sören Tomassen bildirib ki, baş verən hadisəyə görə 22 yaşlı danimarkalı saxlanılıb. Onun sözlərinə görə, ölənlərdən biri 40 yaşlarında, digər iki nəfər isə gəncdir.
Tomassen baş verən hadisənin terror aktı olduğunu istisna etməyib. Polis müfəttişi deyib ki, bizdə başqa şəxslərin bu işdə əli olması barədə məlumat yoxdur.
Qurbanlar və şübhəlilər barədə əlavə məlumat verilməyib.
Qalereya
Oxşar xəbərlər
Ermənistanda Rusiya üstündə atışma: 2 hərbçi ölüb, 5 nəfər yaralanıb - FOTO
Ermənistanın Araqasotn rayonunda atışma olub. BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə ötən gün, yerli vaxtla saat 19:45-də Niqavan kəndində olub. Bir...
