Avstraliya Rusiyadan qızıl idxalını qadağan etdi

03
iyl
2022
21:06
Avstraliyanın baş naziri Entoni Albaneze bildirib ki, ölkəsi daha 16 Rusiya vətəndaşına sanksiya tətbiq edəcək.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə “Reuters“ agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, Avstraliya paralel olaraq Rusiya qızılının ölkəyə gətirilməsini də qadağan edib.
Albaneze qeyd edib ki, sanksiya siyahısına iş adamları və nazirlər salınacaq. Bununla da Avstraliyanın sanksiya tətbiq etdiyi Rusiya vətəndaşlarının sayı 843-ə çatacaq.
Oxşar xəbərlər
Avstraliyanın yeni baş naziri məlum olub
Avstraliyada federal parlament seçkilərində qalib gələn İşçi Partiyasının lideri Antoni Albaneze səslərin hesablanmasına görə avtomatik olaraq ölkənin yeni, 31-...
