SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın dövlət başçısı Vaaqn Xaçaturyan ilk dəfə görüşəcək.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında bildirib.

Dövlət başçıları Sankt-Peterburqda keçirilən beynəlxalq İqtisadi Forum çərçivəsində bir araya gələcəklər.

Y.Uşakovun sözlərinə görə, V.Putin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Bosniya və Hersoqovina Rəyasət Heyətinin üzvü, Serbiyanın sabiq dövlət başçısı Milord Dodiklə də görüşəcək.

Qeyd edək ki, bu gün Sankt-Peterburq şəhərində XXV Beynəlxalq İqtisadi Forum başlayır. Tədbir iyunun 18-dək davam edəcək.

BAKU.WS