SİZİN REKLAM BURADA!
055 213 76 73


BAKU.TV-nin Şərqi Avropa bürosunun əməkdaşı Mübariz Aslanov Ukraynadakı son vəziyyət barədə xəbər verib.

Qeyd edilib ki, ötən gecədən etibarən Ukrayna-Rusiya cəbhəsində vəziyyət gərgin olub.

Onun sözlərinə görə, Odessa, Nikolayev, Vinnitsa, Lvov, Zaporojye şəhərləri istiqamətində artilleriya hücumları daha intensiv olub. 9 may ərəfəsində gözlənilən gərginliklə əlaqədar Zaporojye, Vinnitsa, Nikolayev və Odessaya giriş-çıxış iki günlük məhdudlaşdırılıb.

“Rusiya Silahlı Qüvvələri Luqanskın şəhərlərindən birini mühasirəyə alıb. Donetsk vilayətində də Ukraynanın iki kəndi işğal edilib. Ukrayna Silahlı Qüvvələri isə Xarkov istiqamətində dörd iri yaşayış məntəqəsini işğaldan azad edib”, - deyə məlumatda qeyd edilib.

Daha ətraflı süjetdə:

BAKU.WS
VİDEO