SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya Ukraynanın Mariupol şəhərinə nəzarəti tam ələ keçirib.

BAKU.WS TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu Vladimir Putinə məruzə edib.

"2 mindən çox hərbçi isə “Azovstal” zavodunun ərazisində yerləşib", - deyən Şoyqu yaxın 3-4 günə “Azovstal”da əməliyyatı başa çatdıracaqlarını qeyd edib.

Xatırladaq ki, Ukraynalı hərbçilər zavodun ərazisində mühasirədədir.

BAKU.WS
VİDEO