SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə Xarici İşlər Nazirliyi (XİN) İsveçdə İslamın müqəddəs kitabı "Qurani-Kərim"in yandırılması cəhdini şiddətlə qınayıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN bəyanat yayıb.

"İsveçdə müqəddəs kitabımız "Qurani-Kərim"ə qarşı törədilən iyrənc hücumlar keçmişdən dərslər alınmadığını, islamofob və irqçi təxribat xarakterli hərəkətlərin qarşısının alınmasında hələ də tərəddüdlərin olduğunu, ifadə azadlığı adı altında nifrət cinayətlərinə açıq və aşkar şəkildə dözümlə yanaşıldığını göstərdi. Türkiyə İslamofob və irqçi zehniyyətin yaratdığı təhlükəyə qarşı mübarizəsini davam etdirəcək.

Bu çərçivədə bütün ölkələri və beynəlxalq təşkilatları islamafobiya və irqçiliyə qarşı lazımi tədbirləri görməyə dəvət edir, bu təhlükəyə qarşı təsirli və çəkindirici addımların sürətlə atılmasını, məsul şəxslərin məsuliyyətə cəlb olunmasını gözləyirik", XİN bildirib.

Xatırladaq ki, İsveçin Norrköpinq şəhərində bir neçə şəxs “Qurani-Kərim”i yandırıb.

BAKU.WS