SİZİN REKLAM BURADA!
055 213 76 73


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xəzər rayonunun Şüvəlan qəsəbəsində sursat aşkar edilməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu cəlb edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 4 ədəd F-1 əl qumbarası olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

BAKU.WS
VİDEO

QALEREYA