SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ Ukraynaya gün ərzində 8-10 reys hava yolu ilə silah göndərir. Bu silahlar daha sonra hərbi karvan vasitəsi ilə Ukraynaya daşınır.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Pentaqonun yüksək rütbəli şəxsi deyib. Onun sözlərinə görə, bunun üçün ABŞ müttəfiqləri ilə birlikdə mürəkkəb və səmərəli təchizat mexanizmi yaradıb.

“Söhbət gün ərzində Ukraynaya 8-10 reysdən gedir. Təchizat yerüstü hərbi konvoylar vasitəsi ilə daşınır”, - deyə Pentaqonun rəsmisi bildirib.

ABŞ Müdafiə Nazirliyi bir sıra ölkələrin Ukrayna qüvvələrinə kömək üçün T-72 tanklarının göndərildiyini bildirib.

BAKU.WS