SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya Silahlı Qüvvələri Cənubi Gürcüstanın Cənubi Osetiyada yerləşdirdiyi 4-cü və Abxaziyada yerləşdirdiyi 7-ci hərbi bazasını Ukraynaya köçürüb.

BAKU.WS-in məlumatına görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin feysbuk səhifəsində yayılan əməliyyat məlumatında bildirilib.

4-cü bazadan Ukraynaya 3 zirehli texnika, bir osetin və 1 200 rusiyalı əsgər, 7-ci bazadan isə 2 zirehli texnika, 800-ə yaxın əsgər göndərilib.

Zaporojya və Xerson vilayətində düşmən yerli sakinlərə qarşı qanunazidd əməllərini davam etdirir.

Rusiya Silahlı Qüvvələrində şəxsi heyətin toplanması ilə bağlı problem qalmaqdadır. Rusiyanın 47-ci tank diviziyasının, 26-cı tank alayının hərbçiləri Ukrayna ilə müharibədə iştirak etdikdən sonra müqaviləyə xitam verərək sonrakı xidməti daimi yerləşdikləri hərbi hissəyə göndərilmələri tələbi ilə ərizələr verməyə başlayıblar.

Ukrayna Silahlı Qüvvələri Rusiyanın 7 tankı, 7 zirehli texnikası, 2 avtomobili və tankəleyhinə silahı məhv edilib. Rəqib çoxlu sayda canlı qüvvə itirib”, - deyə məlumatda bildirilib.

BAKU.WS