SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün Ukraynanın Nikolayev şəhərində vilayət dövlət administrasiyasının binasına endirilən raket zərbəsi nəticəsində ölən və yaralananların sayı məlum olub.

BAKU.WS-in UNİAN xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Nikolayev vilayəti hərbi administrasiyasının rəhbəri Vitali Kim teleqramda məlumat verib.

Bildirilib ki, hadisə zamanı 12 nəfər həlak olub, daha 34 nəfər yaralanıb.

O qeyd edib ki, xilasetmə əməliyyatı davam edir. "Hələlik: 34 yaralı, 12 ölü", - deyə Kim yazıb.

BAKU.WS