SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur futbolçu Devid Bekhem Ukraynaya növbəti dəfə yardım edib.

BAKU.WS xəbər verir ki, idmançı 71 milyondan artıq izləyicisi olan instaqram hesabını Ukraynanın Xarkov şəhərindəki xəstəxana müdiri İrina Kondratovaya verib.

Bekhem bu haqda sosial şəbəkə hesabında bidlirib. Məşhur idmançı video paylaşaraq bunları yazıb:

"Sosial şəbəkə hesabımı Ukraynanın Xarkov şəhərindəki "Perinatal" xəstəxanasının müdiri İrinaya verirəm. İrina oradakı hamilə qadınlara təhlükəsiz formada uşaq dünyaya gətirməyə kömək edir. Hekayələrimdə İrina və digər tibb işçilərinin insanların həytını necə xilas etdikləri haqqında məlumatlar alacaqsınız. Xahiş edirəm əlinizdən gələn köməyi əsirgəməyin. Bu insanları dəstəkləməyə davam edin”.

Qeyd edək ki, Bekhem bundan əvvəl də dizayner həyat yoldaşı Viktoriya Bekhemlə ukraynalı uşaqlara və onların analarına yardım edib. Cütlüyün bu yardımının dəyəri 1 milyon 300 min dollar civarında olub. 

BAKU.WS
VİDEO