SİZİN REKLAM BURADA!
055 213 76 73


Votsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

BAKU.WS-in məlumatına görə, Rusiyalı istifadəçilər üçün baş vermiş problemlər haqqında “Megafon” və “Tele2” kimi telefon operatorlarından Report-un Rusiya bürosunun müxbirinə bildirilib ki, votsap tətbiqinin pis işləməsinin mobil operatorlara heç bir aidiyyəti yoxdur: "Messencer bloklanır. İndi çoxları tətbiqin pis işləməsindən şikayətlənirlər. Bloklama ilk olaraq “Megafon” istifadəçilərinin işində dayanmalardan başlayıb”.

“Megafon”dan deyilib ki, hətta VPN xidməti quraşdırılsa belə votsap bloklanacaq. Çünki istifadəçilər Rusiya ərazisində yerli nömrələrdən istifadə edirlər.

Şirkət nümayəndələrinin sözlərinə görə, Rusiya Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Rabitələrə Nəzarət Federal Xidməti (“Roskomnadzor") “Meta” şirkətinin vahid platforması olan votsapı bloklayır. İlk növbədə “IPhone” istifadəçiləri bloklanır.

“Roskomnadzor” isə votsapın Rusiya ərazisində fəaliyyətinin məhdudlaşdırılması haqqında şayiələri təkzib edib.

“Rusiya ərazisində votsapın fəaliyyəti məhdudlaşdırılmayıb. “Roskomnadzor” servisin işindəki dayanmaları “Meta Platforms”un digər resurslarına (feysbuk və instaqram) tətbiq edilən məhdudiyyətlərlə əlaqələndirmir. Messencerlə bağlı çətinliklər başqa ölkələrdə də müşahidə olunur. 2021-ci ilin oktyabr ayında da oxşar hadisələr baş vermişdi. Həmin vaxt şirkət məsuliyyəti öz üzərinə götürmüşdü”, - qurumun mətbuat xidmətindən bildiriblər.

Xatırladaq ki, daha əvvəl instaqram, feysbuk və tvitter kimi sosial şəbəkələr Rusiya ərazisində bloklanıb. Bloklama ilə bağlı tələbi Rusiyanın Baş Prokurorluğu irəli sürüb.

BAKU.WS