Rusiyanın Ukrayna ilə müharibədəki döyüş itkiləri təxminən 12 min nəfərdən çoxdur.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, fevralın 24-dən davam edən hərbi əməliyyatlar zamanı 374 tank, 1 226 zirehli döyüş maşını və 140 artilleriya sistemi sıradan çıxarılıb. Qeyd edilir ki, 62 ədəd reaktiv yaylım atəşi sistemi, 34 hava hücumundan müdafiə sistemi, 74 təyyarə, 86 helikopter, 600 texnika, 3 gəmi, 60 yanacaq-sürtkü materialı olan tank, həmçinin 7 əməliyyat-taktiki pilotsuz uçan aparatı da zərərsizləşdirilib. "Məlumatlar dəqiqləşdirilir. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşib", - Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı vurğulayıb.
BAKU.WS