SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya təyyarələri Belarusun Silahlı Qüvvələrini müharibəyə cəlb etmək üçün Ukrayna ilə sərhəddə yerləşən Belarus yaşayış məntəqəsini atəşə tutub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Komandanlığı məlumat yayıb.

Məlumata görə, Rusiya aviasiyası bu məqsədlə Ukrayna-Belarus sərhədi yaxınlığında yerləşən Kopani qəsəbəsinə hava zərbəsi endirib.

"Bu, təxribatdır. Məqsəd Belarus Silahlı Qüvvələrini Ukrayna ilə müharibəyə cəlb etməkdir", - məlumatda deyilir.

BAKU.WS