SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün səhər saatlarından Rusiya qoşunları Ukraynanın Nikolayev şəhərini reaktiv yaylım atəşi sistemlərindən atəşə tutublar.

BAKU.WS “UNİAN”a istinadən xəbər verir ki, hadisə Kiyev vaxtı ilə təxminən 05:15-də olub.

Partlayış səsləri iki istiqamətdən şəhərin bütün rayonlarında eşidilib.

Qeyd edək ki, daha əvvəl şəhər meri Aleksandr Senkeviç bildirmişdi ki, Nikolayev üçün ən çox ehtiyac duyulan yardım dəbilqə və gülləkeçirməz jiletlərdir. Onun sözlərinə görə, rus ordusu şəhəri hər tərəfdən mühasirəyə alıb.
Rusiya qoşunlarının atəşə tutmasından sonra şəhərdəki vəziyyətlə bağlı görüntülər yayılıb.

Həmin görüntüləri təqdim edirik:

BAKU.WS
VİDEO