SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünyaca məşhur "Metallica" qrupu Ukraynaya dəstək olub. 

BAKU.WS xəbər verir ki, musiqi qrupu ukraynalı miqrantlara yemək yardımı edən "World Central Kitchen"a (Müharibə və təbii fəlakətdən əziyyət çəkən insanlara qida yardımı göstərən və heç bir təmənna gözləməyən qurum) ianə edib.

100 min dollar (170 min AZN) məbləğində olan ianə vasitəsilə 25 min ukraynalı ərzaq və qida ilə təmin olunacaq. 

Qeyd edək ki, martın 1-də Hollivudun məşhur cütlüyü Rayan Reynoldsla həyat yoldaşı Bleyk Layvli də Ukraynaya yardım edib. Onların rekord yardımının dəyəri 1 milyon dollar (təxminən 1 milyon 700 min AZN) olub.

BAKU.WS
QALEREYA