VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiya sakinləri Ukraynaya yardım fonduna 2 milyard yen (təqribən 17 milyon dollar) ianə ediblər.

BAKU.WS AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Ukraynanın Yaponiyadakı səfiri Serqey Korsunski əsas müxalifət partiyası olan Konstitusiyalı Demokratlar Partiyasının sədri Kento İzumi ilə görüşündə bildirib.

Səfir göstərilən yardıma görə Yaponiya hökumətinə və xalqına minnətdarlığını bildirib. Qeyd edib ki, səfirliyin yanında açılan fonda yardım edən Yaponiya sakinlərinin sayı 60 mini ötüb.

Görüşdən sonra K.İzumi jurnalistlərə açıqlamasında bildirib ki, Ukrayna səfiri təcavüz nəticəsində dəyən ziyanın həddindən artıq böyük olmasını nəzərə alaraq yardımı davam etdirməyə çağırıb.

Həmçinin bildirilir ki, Yaponiyanın elektron kommersiya nəhənglərindən olan “Rakuten Group Inc.” şirkəti də Ukraynaya dəstək üçün xüsusi fond yaradıb.

Martın 1-nə olan məlumata görə, bu şirkət artıq 1,4 milyard yen vəsait toplayıb. Məşhur “X Japan” meqa-rok qrupunun lideri Yoşika həmin fonda 10 milyon yen ianə etdiyini bildirib.

BAKU.WS