SİZİN REKLAM BURADA!
055 213 76 73


Hazırda döyüşlərin getdiyi Kiyevdə bir-birini sevən iki gənc ailə həyatı qurub. 

BAKU.WS xəbər verir ki, Ukrayna vətəndaşları Yuri Zozulya ilə Anjelina Karyakina evləniblər.

Yuri Zozulya polisdir. O, Kiyev Patrul Polis İdarəsinin rəisi vəzifəsində çalışır. Onun xanımı Anjelina isə jurnalistdir. 

Ölkə müharibə şəraitində olduğundan Anjelina gəlinlik geyinə bilməyib. O, sadəcə saçlarına fata taxıb. Şəhər sakinləri cütlüyə yemək və şampan verib.

Hər iki gəncin toy fotoları izləyicisi böyük olan sosial platformalarda yayılıb. Yuri ilə Anjelinanın şad günündən olan görüntülər hər kəs tərəfindən çox bəyənilib. 

BAKU.WS
QALEREYA