SİZİN REKLAM BURADA!
055 213 76 73


BMT Baş katibi Antoniu Quterreş Ukraynada yaxın aylarda baş verəcək humanitar böhranın qarşısını almaq üçün təşkilatın planlaşdırdığı əsas yardım paketini açıqlayıb.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, BMT-nin Cenevrədəki qərargahında təşkil olunan “Humanitar Yardımın Birgə Təşviqi və Qaçqınlara Regional Dəstək Planı" başlıqlı iclasa Nyu-Yorkdan qatılan A.Quterreş Ukraynadakı müharibə ilə əlaqədar humanitar böhranın yaxınlaşdığını və milyonlarla insanın köməyə ehtiyacı olacağını deyib.

Baş katib bildirib ki, müharibədən təsirlənən və köçkün vəziyyətinə düşmüş 6 milyondan çox insanın ehtiyaclarını qarşılamaq üçün Ukraynaya 1,1 milyard ABŞ dolları, sərhədləri keçərək qonşu ölkələrə köç edən ukraynalılar üçün isə 551 milyon dollar məbləğində yardım tələb olunur. A.Quterreş BMT-nin tələb olunan məbləğin toplanması üçün fəaliyyətə başladığını bildirib.

BAKU.WS