SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə Ukrayna arasında baş verən müharibəyə münasibət bildirib.

BAKU.WS “cnnturk.com”a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında vəziyyətin gərgin olduğunu bildirib.

“Qərb təşkilatları yalnız nəsihət verirlər. Bu nəsihətlərlə nəticə əldə etmək mümkün deyil. NATO daha ciddi addımlar atmalıdır. İnanıram ki, bugünkü NATO zirvəsində daha qərarlı bir mövqe ortaya qoyulacaq. Biz mövqeyimizi NATO-nun baş katibinə çatdırdıq”, - deyə Ərdoğan bildirib.

Türkiyə lideri Ukraynada qalan vətəndaşlarının təxliyyə məsələsinə də toxunub:

“Xarici işlər nazirliyimiz tərəfindən lazımi addımlar atılır. Hava təhlükəsiz deyil, qurudan təxliyyə cəhdləri göstərilir. Oradakı vətəndaşlarımız səfirə və baş konsulluğa müraciət etsinlər”.

BAKU.WS