SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Qızıl Aypara Cəmiyyəti Rusiya ilə müharibə edən Ukraynaya humanitar yardım göndərəcək.

BAKU.WS xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Bildirilib ki, 210 kvadratmetr ümumi təyinatlı çadırlar, ailələrin sığınacağı üçün təbii fəlakət çadırları, çarpayı, ədyal, uşaq yorğanı, təcili humanitar yardım materialları da daxil olmaqla 3 yük maşını humanitar yardım hazır vəziyyətə gətirilib.

Bildirilib ki, bu gün yardım daşıyacaq yük avtomobillərinin yola düşməsi gözlənilir.

BAKU.WS