SİZİN REKLAM BURADA!
055 213 76 73


Almatıda etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib.

Bu barədə yerli KİV məlumat yayıb. Məlumata görə, hazırda etirazçılar şəhərin Respublika meydanına toplaşıb. Əraziyə çox sayda asayış keçikçisi cəlb olunub.

Nümayişçilərlə polis arasındakı toqquşmalarda sonuncular kütləyə qarşı işıq və səs qumbaralarından istifadə ediblər.

***

22.39

Qazaxıstan hökuməti maye qazın qiymətinin artırılması ilə bağlı qərar verdikdən sonra ölkədə etiraz aksiyaları keçirilməyə başlayıb.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bu gün maye qazın qiymətinin aşağı salınmasına baxmayaraq etirazlar davam edir.

Nümayişçilər ölkə hökuməti qarşısında digər sosial-iqtisadi xarakterli tələblər irəli sürüblər. Artıq ölkə prezidenti Qasım Jomart Tokayev də öz “Twitter” səhifəsindən etirazçılara müraciət edib.

O, həmin tələblərin sabah baş tutacaq hökumət iclasında nəzərdən keçiriləcəyini bildirib.

BAKU.WS
VİDEO