SİZİN REKLAM BURADA!
055 213 76 73


Əl-Qaidə və İŞİD terror qrupları hələ də ABŞ-da irimiqyaslı terror aktları həyata keçirməyə və ya həmfikir insanlarını buna təhrik etməyə çalışır.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu ABŞ Federal Təhqiqatlar Bürosunun direktoru Kristofer Rey bildirib.

FTB rəhbəri qeyd edib ki, genişmiqyaslı hücumlar etmək niyyətlərini heç vaxt bildirməyən Əl-Qaidə və İŞİD kimi xarici terror təşkilatlarının potensial təhdidləri daim tərəflərindən izlənilir.

K.Rey ötən ay Kabildə törədilən terror aktında 13 amerikalı əsgər daxil olmaqla, təxminən 200 adamın öldüyünü xatırladıb: “İŞİD həm daxildə ABŞ-a qarşı, həm də xaricdə müttəfiqlərimizə qarşı mübarizəni davam etdirir. Əl-Qaidə Şərqi və Qərbi Afrika bölgələrində ABŞ və digər qərb ölkələrinin maraqlarına qarşı genişmiqyaslı hücumlar həyata keçirməyə və digərlərini buna təhrik etməyə sadiqdir. Son bir il ərzində Əl-Qaidə liderlərinin təbliğatı ABŞ və digər Qərb ölkələrinə hücumlar etmək üçün ayrı-ayrı insanları hədəf almaqda davam etdi”.

BAKU.WS