SİZİN REKLAM BURADA!
055 213 76 73


Əfqanıstanın paytaxtı Kabil şəhərində baş vermiş partlayışlar nəticəsində ölənlərin sayı artır.

BAKU.WS xəbər verir ki, bu barədə “Al Jazeera” kanalı məlumat yayıb.

Yayılan məlumatda bildirilir ki, Kabildə baş vermiş terror aktları nəticəsində ölənlərin sayı 170 nəfərə çatıb.

Qeyd edək ki, ötən gün Kabildə aeroport yaxınlığında və başqa insanların sıx olduğu ərazilərdə ard-arda partlayışlar baş verib. Terror aktına görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.

BAKU.WS