SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Antalya şəhərinin Manavqat bölgəsində meşəlik ərazidə yanğın baş verib. 

BAKU.WS xəbər verir ki, bu barədə DHA məlumat yayıb.

Küləyin təsiri ilə yanğının əhatə dairəsi sürətlə genişlənir.

Yaxınlıqda yerləşən sakinlərin ərazidən təxliyyə olunmasına başlanılıb.

Hazırda meşə sahəsindəki yanğına qurudan və havadan yanğın söndürən briqadaların müdaxiləsi davam edir.

BAKU.WS

QALEREYA