SİZİN REKLAM BURADA!
055 213 76 73


Hollivud ulduzu Jan-Klod Van Dammın oğlu Nikolas qardaşı Krisi və azərbaycanlı gəlinləri Suadanı ailə həyatı qurmaları münasibətilə təbrik edib.

BAKU.WS xəbər verir ki, o, bununla bağlı şəxsi “Instagram” hesabında paylaşım edib.

Nikolas musiqi ilə maraqlandığından qardaşı ilə yoldaşını fərqli tərzdə, Azərbaycanın milli musiqi aləti olan sazla təbrik edib.

Nikolas əlində saz olan fotosunu izləyiciləri ilə bölüşüb. O, bu paylaşıma “Qardaşım Krisi təbrik edirəm, ailəmizə xoş gəldin Suada”, - deyə qısa şərhini də əlavə edib.

Nikolasın qeyri-adi təbriki sosial media istifadəçiləri tərəfindən maraqla qarşılanıb. Onun paylaşımına çoxsaylı şərhlər yazılıb.

Qeyd edək ki, Kris Van Dammla Suada Hacızadə iyunun 17-də Azərbaycanın Türkiyə konsulluğunda təşkil edilən nikah mərasimi ilə ailə həyatı qurublar.

BAKU.WS