SİZİN REKLAM BURADA!
055 213 76 73


Bir çox ölkələrdə olduğu kimi qonşu Türkiyədə də, sərt karantin qaydalarında müəyyən yumşaldılmalar olub. Bir çox ictimai iaşə obyektlərinin fəaliyyəti bərpa edilsə də, musiqi sektorunda heç bir yumşaldılma nəzərdə tutulmayıb.

Bu səbəbdən bəzi türkiyəli müğənnilər qayadalara sərt formada etiraz ediblər.

BAKU.WS xəbər verir ki, Azərbaycan əsilli sənətçi Tuğba Ekinci isə “Instagram” hesabında paylaşım edərək, bu qərarları tənqid edən həmkarları adından Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan üzr istəyib:

“Cənab prezident, sizdən musiqi sektoru və musiqiçilərlə bağlı müəyyən qərarlar qəbul etməyinizi xahiş edirəm. Həmkarlarımın xitab formasına görə isə onların yerinə sizdən üzr istəyirəm. Adam kimi xahiş etməyi öyrənə bilməyiblər, təəssüf ki... ”.

BAKU.WS