SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistan ordusunda vəziyyət gündən-günə pisləşir.

BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi daha bir əsgər ölümü ilə bağlı məlumat yayıb. Belə ki, hərbi hissələrin birində 2001-ci il təvəllüdlü Mqer Ovanisyan adlı əsgərin meyiti tapılıb. O, başından aldığı güllə yarasından ölüb.

Qeyd edək ki, artıq bir neçə gündür ardıcıl olaraq Ermənistan ordusunda əsgər ölümləri xəbəri yayılır.

BAKU.WS