12 ildən sonra İstanbuldan Dəməşqə ilk uçuş həyata keçirilib
23
yan
2025
13:44
"Turkish Airlines" aviaşirkəti 12 illik fasilədən sonra Suriyaya ilk uçuşunu həyata keçirib. Yerli vaxtla saat 09:00-da İstanbuldan qalxan "Airbus A330" təyyarəsi saat 11:35 radələrində Dəməşq hava limanına eniş edib.
Report xəbər verir ki, bu barədə "TRT Haber" telekanalı məlumat yayıb.
Suriyaya uçuşlar həftədə üç dəfə həyata keçiriləcək.
Oxşar xəbərlər
Ayı məktəbə su borusu ilə girməyə çalışıb
Rusiyanın İrkutsk vilayətinin Zaloq kəndində ayı məktəb yeməkxanasından gələn qoxulara cəlb olunaraq binaya su borusu ilə dırmaşmağa çalışıb. BAKU.WS xəbər ver...