İsraildə sinaqoqun tribunası çöküb, ölən və xəsarət alanlar var

İsraildə sinaqoqun tribunası çöküb, ölən və xəsarət alanlar var
Siyasət 190

İsrailin Qivat-Zeev şəhərində sinaqoqda Şavout bayramı münasibətilə keçirilən mərasim zamanı tribunanın çökməsi nəticəsində azı 1 nəfər həlak olub.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə KAN telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə zamanı daha 60 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Qeyd edilir ki, onlardan 10-u ağır vəziyyətdədir.

Hadisənin görüntüləri müşahidə kameralarına düşüb. Bildirilir ki, mərasim zamanı sinaqoqda 600-dən çox insan olub.

Son xəbərlər