SİZİN REKLAM BURADA!
055 213 76 73


Birləşmiş Ştatların sabiq dövlət rəsmiləri Rusiya prezidenti Vladimir Putin və Ağ Ev rəhbəri Cozef Baydenin görüşünün Çexiyanın paytaxtı Praqa, İslandiya, Sloveniya və ya Azərbaycanda baş tutacağını istisna etmirlər.

BAKU.WS xəbər verir ki, belə bir iddia ilə "Politico" qəzeti çıxış edib.

Çex Respublikasının xarici işlər naziri vəzifəsini icra edən və Baş nazirinin birinci müavini olan Yan Hamaçek aprel ayında ölkəsinin Moskva və Vaşinqtondakı səfirlərinə Rusiya-ABŞ prezidentlərinin sammitinin təşkili ilə bağlı göstəriş verib.

Bu göstəriş Çexiya ilə Rusiya arasında diplomatik qalmaqalın başlamasından bir neçə gün əvvəl verilib.

Qəzetin yazdığına görə, ABŞ-Rusiya prezidentlərinin görüş yeri Praqa, Reykyavik, Lyublyana və Bakı ola bilər.

BAKU.WS