SİZİN REKLAM BURADA!
055 213 76 73


"WhatsApp" mesencerində yeni dələduzluq növü yayılmağa başlayır.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, istifadəçi qrup çatlarının birində mesencerin rəsmi yenilənməsi donunda gələn ismarıcda “çəhrayı tema” (pink theme) yükləmək üçün linkə girmək təklif olunur. Dərhal hədəfə düşən smartfona mesencer donuna bürünən və hesab məlumatlarını istəyən proqram yüklənir.

Zərərli proqramı yükləyən istifadəçilərə həmin tətbiqi silərək "WhatsApp"ın bütün hesablarından çıxmaq, hətta parolu dəyişdirmək tövsiyə olunur.

Bir qədər əvvəl "WhatsApp"da istifadəçilərə mesencerə saxta dəstək sorğusu göndərməklə onların hesablarının bağlandığı barədə məlumat yayılmışdı.

BAKU.WS