SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə 1 martdan bugünədək Suriya və İraqın şimalında 200-dən çox terrorçunu məhv edib.

BAKU.WS "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Milli müdafiə naziri Hulusi Akar bildirib.

H.Akar Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə telefonla danışığı barədə də məlumat verib.

"Hər iki dövlət arasında imzalanan anlaşma memorandumundakı pozuntuları səsləndirdik və bununla bağlı qarşılıqlı tədbir görməyə razılaşdıq", - deyə Akar əlavə edib.

BAKU.WS