SİZİN REKLAM BURADA!
055 213 76 73


Beşinci nəsil mobil şəbəkələrində məlumatları ən sürətli ötürən smartfonlar məlum olub. “iPhone 12” qurğusu ilk 25-liyə daxil edilməyib. “Opensignal” analitik şirkətinin mütəxəssisləri belə qənaətə gəliblər.

BAKU.WS “ICTnews”a istinadən xəbər verir ki, ABŞ ərazisində “5G” smartfonların işi təhlil edilib. 56 Mbit/san nəticə göstərmiş “Galaxy S21 5G” cihazı məlumatların yüklənməsi sürətinə görə reytinqdə liderliyə yüksəlib. İkinci yeri “TCL Revvl 5G”, üçüncü yeri isə “OnePlus 8T ” cihazları tutublar.

“Apple”ın smartfonları arasında ən yaxşı nəticəni (36,9 Mbit/san) “iPhone 12 Pro” qurğusu nümayiş etdirib. Lakin bu, beşinci nəsil mobil şəbəkələrində işləyən 25 ən sürətli smartfondan ibarət reytinqə düşmək üçün kifayət etməyib.

BAKU.WS