SİZİN REKLAM BURADA!
055 213 76 73


“Twitter” mikrobloqlar xidmətinin nümayəndəsi yaxın həftələr ərzində böyük təsvir ölçüsünə malik media fayllarını paylaşmağa imkan verəcək yeni funksiyanın sınaqdan keçiriləcəyi barədə məlumat verib.

BAKU.WS “ICTnews”a istinadən xəbər verir ki, "Bəzən foto və ya videonun köməyi ilə öz fikrini ifadə etmək daha rahatdır. Biz növbəti bir neçə həftə ərzində “Twitter”də media fayllarını dərc etmək və onlara baxışı yaxşılaşdırmaq üçün bəzi üsulları sınaqdan keçirəcəyik. Siz daha yüksək təsvir ölçüsünə malik şəkillər kolleksiyasını paylaşmaq istəyirsiniz? Biz “Android” və “iOS” mobil əməliyyat sistemlərində yüksək təsvir ölçülü şəkillərin yüklənməsi və onlara baxılması üçün üsulları sınaqdan keçiririk" – şirkət sosial şəbəkədə məlumat verib.

BAKU.WS